WOW
WOW

Keçmiş sevgilisinə görə CeyLo məhkəməyə çıxacaq!

Keçmiş sevgilisinə görə CeyLo məhkəməyə çıxacaq!

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez keçmiş sevgilisi, hazırda həbsdə olan reper və musiqi prodüseri Pi Diddinin (əsl adı – Şon Kombs) işi üzrə məhkəmə qarşısına çıxacaq.

 OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, sənətçi seks alverində və digər ağır cinayətlərdə ittiham olunan Diddi ilə bağlı səs-küylü “dava”ya girə bilər. 

Hər şey 1999-cu ildə, həm CeyLo, həm də Diddi həbs olunanda məşhur gecə klubunda baş verən atışma ilə bağlıdır.

Həmin vaxt məşhurlar bir yerdə idilər.

Məhkəmə prosesi mayın ortalarında başlayacaq.

İndi həbs olunan reperin vəkilləri 20 ildən çox əvvəl baş verənlərin onun cinayət fəaliyyətinin sübutları siyahısından çıxarılmasını təmin etməyə çalışırlar. Bunun işə yarayacağı məlum deyil. 

Lakin Cenniferin təkcə məhkəmə prosesində deyil, həm də məhkəmədə görünməsi şansı böyükdür.

“Heyter”lər (nifrət edənlər – red.) əmindirlər ki, o, sadəcə müşahidəçi deyil, repçinin bütün vəhşiliklərinin ortağı ola bilər. 

Diqqət çəkən məqamlarda biri isə Diddinin həbsindən xeyli vaxt keçsə də Cenniferin hələ də qalmaqala münasibət bildirməməsidir. Yalnız bir dəfə jurnalistlər bu barədə ulduza sual ünvanlayıb, lakin Lopez buna məhəl qoymayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında repçinin keçmiş sevgilisi Kessi Pi Diddi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra onun döyülməsinin amansız görüntüləri internetdə yayılıb və iş qorxulu miqyas alıb. Martın sonunda Diddinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox şüşə qabda cinsi əlaqə zamanı istifadə olunan maye materialı aşkar edilib. İddialara görə, musiqi prodüseri seks məclislərində də istifadə edib. İndi Pi, girovsuz Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.