WOW
WOW

Almazın qızları harada işləyir? - Özü danışdı

Almazın qızları harada işləyir? - Özü danışdı

Əməkdar artist Almaz Ələsgərli qızları Mədinə və Əminə və nəvələrindən söz açıb.

OLAY yazır ki, bu barədə sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Sənətçi bildirib ki, onun Avropada yaşayan qızı Mədinə tibb bacısı digər qızı Əminə isə turizm şirkətində çalışır:

“Qızım Mədinə İsveçrədə, Stolkqolm şəhərində yaşayır. İki qız və bir oğlan nəvəm var. Aprelin 20-si qızım Mədinənin ad günüdür. Efir vasitəsi ilə onu ürəkdən təbrik edirəm. Özüm getməsəm də, qudam onların yanına Avropaya gedib. Mədinənin qayınanası oradadır. Bu günləri çatıb ora. Mədinə çox gözəl anadır. O həyat yoldaşı ilə birgə uşaqlarına baxır. Orada işləyir, zəhmətkeşdir. Xaricdə yaşamaq çox çətindir baxmayaraq ki, hamıya bu asan gəlir. Orada işləməsən heç bir yerdən gəlir yerin olmayacaq. Mənə deyirlər ki, gedib orada niyə qalmırsan. Cavab verirəm ki, orada niyə qalmalıyam, Bakıda mənim işim, qazancım, dostlarım var. Orada gedib nə edəcəyəm? Birinci növbədə oraya getdinsə gərək dil biləsən. Bu yaşımda dil öyrənmək mənim üçün çox çətindir. Nəyimə lazımdır? Oturmuşamda Vətənimdə. Mədinə Stolkqolmda tibb bacısı işləyir. Orada bunun təhsili alıb. O işinə sevgi ilə yanaşdığını deyir. Əminə isə Bakıdadır. O hazırda turizm şirkətlərinin birində çalışır. Xarici ölkələrə tez-tez səfər edir”.