WOW
WOW

Kosmosa uçan məşhurlar saxtakarlıqda ittiham olunur

Kosmosa uçan məşhurlar saxtakarlıqda ittiham olunur

Bir neçə gün əvvəl “Amazon” şirkətinin qurucusu, milyarder iş adamı Ceff Bezosun sevgilisi Lauren Sançez, pop ulduz Keti Perri, prodüser Kerrian Flinn, aparıcı Qayl Kinq, aktivist Amanda Nguyen və keçmiş “NASA” əməkdaşı Aişa Boe da daxil olmaqla (bütün qadınlardan ibarət) ekipaj “Blue Origin” in New Shepard” raketi ilə kosmosa uçublar. Uçuş cəmi 11 dəqiqə davam etdi, lakin hətta bu vaxt hadisənin belə rezonans effekti verməsi və Yerdən baş verənləri müşahidə etmək şanslı (yaxud o qədər də şanslı olmayan) şəxslər arasında qızğın müzakirələrə səbəb olması üçün kifayət edib. İndi Keti Perri və ekipajın qalan üzvləri uçuşun heç vaxt baş verməməsindən şübhələnirlər. 

OLAY yazır ki, buna səbəb gəlinini kosmik kapsuldan xilas etməyə tələsən Bezosun özünün kənardan açdığı video olub. 

Lakin bundan bir neçə dəqiqə əvvəl videoda qapının içəridən açılıb yenidən bağlanması aydın görünür. 

Sosial şəbəkə əhli baş verənlərin saxta və səhnələşdirilmiş şoudan başqa bir şey olmadığını “təkzibedilməz sübut” adlandırdılar.

“Qapı içəridən açılır, sonra onlara deyirlər ki, qapını bağlayın, çünki qapını ancaq kənar adam aça bilər”, “Bu, tamamilə yalandır” kimi videonun altında bu və buna bənzər şərhlər yazılıb.

“RadarOnline” nəşrinin məlumatına görə, möhürlənmiş kapsul içəridən açıla bilməz. Bunun üçün adətən kənarda işləyən bütün texniki heyət tələb olunur. Astronavtların geri qayıtmasını izləyən hər kəs onları kabinədən çıxarmağın nə qədər çətin olduğunu bilir. Beləliklə, məşhurlar kosmosda olsalar və sonra kapsuldan çıxarılsalar belə, bu teatrlaşdırılmış buraxılışı açıq şəkildə onların əleyhinə işləyib. 

Digər tərəfdən, Nottingem Universitetindən psixoloq Daniel Colli izah edir ki, kosmos çoxları üçün o qədər anlaşılmazdır ki, insanlar Keti Perri kimi birinin həqiqətən orada olduğuna inanmaqdansa, bu nəzəriyyəyə inanırlar.