“Time” dərgisi 2025-ci ilin ən nüfuzlu 100 adamının siyahısını açıqlayıb.
OLAY yazır ki, buraya 32 ölkədən nümayəndə daxil edilib.
Şou-biznesdən bu il “Oskar” qazanmayan, lakin ilk “Qızıl Qlobus”unu qazanan Hollivud aktrisası Demi Mur siyahıya düşüb.
Həmçinin siyahıda Castin Baldoni, Skarlett Yohansson, Kristen Bell, Adrien Brodİ, reper Snup Dogg və müğənni Ed Shiran ilə qalmaqala görə hələ də müzakirə olunan Bleyk Layvli olub.
Siyasətçilər arasında siyahıya ABŞ-ın hazırkı prezidentinin özü də daxil olmaqla, Donald Tramp administrasiyasının altı nümayəndəsinin adı daxil edilib.
Məsələn, İlon Mask bu siyahıya daxil edilib. O, həmçinin “söz azadlığının və insan haqlarının qorunmasına xidmətlərinə görə” Nobel Sülh Mükafatına namizəd göstərilib.
Bu il siyahıya rekord sayda iş adamı və top-menecerlər daxil edilib. Siyahıya ümumilikdə 16 nəfər daxil edilib. Onların arasında: modelyer Miuçça Prada, “Netflix”in kommersiya direktoru Ted Sarandos, Mark Zukerberq və başqaları.
Siyahıda yer alan idmançılar arasında gimnast Simone Biles, basketbolçular Nafiza Kollier və Brianna Stüart, 22 yaşlı fransız üzgüçü Leon Marşan da var. O, siyahının ən gənc üzvü olub. Siyahıya 2022-ci ildə karyerasını başa vuran tennisçi Serena Uilyams da daxil edilib.
Qeyd edək ki, “Time” dərgisi ilin ən nüfuzlu adamlarının siyahısı 1999-cu ildə ortaya çıxıb və 2004-cü ildən dərgi hər il “Time 100”ü nəşr edir.