Aparıcı Elgiz Əkbərlə efirində qonaq olan türk aktyor Selahattin Taşdöğenin dialoqu diqqət çəkib.
OLAY yazır ki, “Elgizlə izlə”yə çıxan aktyora aparıcı bunları söyləyib:
“Son vaxtlar Türkiyədə dəb halını alıb, bunlar hamısı azərbaycanlı olub… Hamısı deyir ki, əslim ordandır. Şirinlik edirlər ki, bura tez-tez gəlsinlər. Elə bilirlər, pullar küçələrə səpilib, hər yer puldur”.