WOW
WOW

İştirakçının bu sözləri Mehriban Xanlarovanı əsəbiləşdirdi!

İştirakçının bu sözləri Mehriban Xanlarovanı əsəbiləşdirdi!

Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi “Bizimləsən” verilişində əsəbiləşib.

OLAY yazır ki, buna səbəb proqrama pənah gətirən Cəmilə Mahmudova adlı qadının övladları ilə bağlı səsləndirdiyi xoşaqəlməz fikirlər olub.

Bunları eşidən Xanlarova sərt şəkildə Cəmiləni tənqid edib:

“Siz bir ana olaraq övladlarınız haqqında gərək bu sözləri söyləməyəydiniz. Lazım deyil idi... Sən bu verilişə iki qız övladını biabır etməyə gəlmisən? Utanmırsan? Utan! Sən öz əməllərini burada demirsən, uşaqlarını atırsan qabağa. Əməllərin budur da... Uşağı götürüb divara vurmaq, başını partlatmaqla ört-basdır etmək istəyirsən? Sənin ixtiyarın yoxdur o uşaqları döyməyə. Döyülə-döyülə, ananın tənələrini eşidə-eşidə bu yaşa çatıblar”.

Əməkdar artistin bu sözlərinə Cəmilə “Burada sizi çox insan təhqir edib. Elə düz də edib. Bu sözü mən Mahmudova Cəmilə Ələddin qızı deyirəm” cavabını verib.

Bundan sonra M.Xanlarova ilə C.Mahmudovanın mikrofonu efir rejissoru tərəfindən söndürülüb və onlar öz aralarında mübahisə etməyə başlayıb.