WOW
WOW

“Heç kim sənin kimi qarşılıqsız sevmir” – Mahsun mərhum anası haqda

“Heç kim sənin kimi qarşılıqsız sevmir” – Mahsun mərhum anası haqda

Müğənni Mahsun Kırmızıgül 4 ay əvvəl itirdiyi anası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi mərhumla fotosunu paylaşaraq bunları yazıb:

“Aylar oldu sən gedəndən bəri… Amma mən hələ də sənə vida edə bilməmişəm. Gözüm səni axtarır, səsin qulağımda səslənir, nəsihətlərin yaddaşımda əks-səda verir, o gülməli hallarına gülümsəyirəm. Səninlə zazaca danışmağımızı çox darıxıram. Sənsiz həmişə natamam qalacam… Bir ananın yerini heç nə doldurmur, heç kim sənin kimi qarşılıqsız və ürəkdən sevə bilmir…”.