WOW
WOW

Merilin Monronun ölümünün dəhşətli təfərrüatları ortaya çıxdı

Merilin Monronun ölümünün dəhşətli təfərrüatları ortaya çıxdı

Hollivudun əfsanəvi ulduzu, mərhum Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedidən hamilə olması ilə bağlı iddialar yayılıb.

OLAY yazır ki, “Daily Mail” nəşrinin köşə yazarı Morin Kallahan “Sormayın: Kennedilər və onların məhv etdiyi qadınlar” adlı kitabında aktrisanın Con və Robert Kennedi qardaşları üçün oyuncaq olduğunu bildirib. 

Və ölümündən bir müddət əvvəl hər ikisi onu tərk edib: əvvəlcə ABŞ-ın o vaxtkı prezidenti Merilini qardaşına verib, sonra isə Robert, Monronu məhv etmək istəyən Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən izləndiyindən qorxaraq. O zaman Monronun keçmiş ərinin onun faciəli ölümündə Kennediləri günahkar hesab etdiyini gizlətmədiyi də vurğulanıb. Conun qətlinin araşdırılması ilə bağlı Federal Təhqiqat Bürosunun ən son məxfi məlumatları bu versiyanın da mövcud olduğunu göstərir.

“RadarOnline”nın yaydığı məlumata görə, Merilin prezidentlik kampaniyası zamanı Con Kennedidən hamilə idi - bu, onun öldürülməsinə səbəb ola bilərdi. 

Mənbələrin fikrincə, “böyük qaranlıq sirr” Kennedinin reputasiyasına ciddi zərbə vura bilərdi və çox güman ki, bütün ABŞ siyasi dünyasını sarsıda bilərdi.

O zaman Monro dramaturq Artur Millerlə evli olub. O, Merlinin onu aldatdığını bilib, lakin uşağın atasının fransız aktyor və müğənni İv Montan olduğuna əmin olub. Merilin ərini fikrindən daşındırmayıb, amma özü də həqiqətən kimdən hamilə olduğunu çox yaxşı başa düşüb. Məlumata görə, aktrisa Kennediyə hər şeyi danışıb, lakin o, ondan imtina edib. Bunun nəticəsi olaraq Monro abort etdirib.

Bu, Merilinin Con ilə münasibətini davam etdirməsinə mane olmayıb. O, Jaklin Kennedi ilə ayrılacağına ümid etməyə davam edib. Hər şey prezidentin ad günündən sonra, Monro həmin mahnını ifa edəndə sona çatıb və Ceki seçim etmək məcburiyyətində qalıb: ya onu, ya da Merilini. Məhz o zaman aktrisa Robert Kennediyə “təslib edilib”.

Mənbələrə görə, Merilin hamiləliyi və Kennedi qardaşları ilə münasibəti barədə açıq danışmağa hazır olub, lakin buna vaxt tapmayıb. Ola bilsin ki, məşhurun qətlinə səbəb elə bu olub. 

Xatırladaq ki, Merilin Monro 1962-ci il avqustun 4-də dünyasını dəyişib. Aktrisanın 36 yaşı var idi.