“Konsert səfərim zamanı 20 gün danışmamışam”.
OLAY yazır ki, bu sözləri müğənni Sevda Ələkbərzadə “Söhbət var” verilişində deyib.
“Xəstələnmişdim və həkim dedi ki, danışmaq olmaz. Təsəvvür edirsiniz insan 20 gün danışmır. Danışıb, deyən-gülən insan bütün gün susurdum. Heç yerə gedə bilmirsən, çünki danışa bilmirsən: nə telefonla, nə evdəkilərlə. Bu, elə bil ki, səni zindana qoyublar orada 20 gün qalırsan demək idi”, - deyə o bildirib.
Onu da qeyd edək ki, əməkdar artist uzun zaman sonra 10 may tarixində Bakı Konqres Mərkəzində “Sən yadıma düşəndə” adlı konsert verəcək.