“2006-cı ildə gözəllik salonum var idi. Salonun önündə avtomobilimi saxlayıb, orada bəzənirdim. Lap köhnə bir dostum var idi - Emin. Bu da idman zalında idmana gedirdi. Həyat yoldaşım Rzada ora idmana gedirdi. Onlar dost idilər. Bir gün salonumun yanından bərabər keçdilər. Məndə çıxıb, onlarla görüşdüm, danışdım. Beləcə mən həyat yoldaşım Rza ilə tanış oldum”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.
İran əsilli həyat yoldaşı Rza ilə ilk tanışlığından söz açan sənətçi bildirib ki, anası ikinci dəfə ərə getməsinə razı olmayıb:
“Səmimiyyətimə inansanız ikinci dəfə ailə qurmaq istəmirdim. Ailə qurmaq təklifi həyat yoldaşım Rzanın tərəfindən oldu. Burada məntiq daha çox rol oynadı. Rza hazırlaşmışdır ki, Kanadaya getsin. O zaman onun 32 mənim isə 38 yaşım var idi. Tanış olduqdan sonra münasibətimiz yarandı. Elə oldu ki, bunun qəlbində başqa şey yarandı. Mənə evlilik təklifi edəndə gülməyim gəldi. Açıq deyim ki, bir azərbaycanlı anası olaraq məndə istəmərəm ki, anadangəlmə subay oğlum evlənib daha sonra boşanmış qadınla ailə qursun. Mən bunu istəmərəm! Özümü yox, mən o tərəfi fikirləşdim. Mən daha çox hər zaman qarşı tərəfi düşünürəm. Anam da bu münasibətə qarşı idi. Dedim ki, olmaz. Rzanın vizası gəldi və o çıxdı getdi Kanadaya. Dörd aydan sonra gördüm ki, o qayıdıb. Dedi ki, fikrim ciddidir. Orada qala bilmədim. Mən onu yola saldım ki, çıx get ay bala. Allahım da şahiddir ki, dedim ki, get həyatını qur. Nəsibə xanlm demişkən - “Mənim ərə gedən vaxtımdır? ” Toyda idim, zəng gəldi... Hava limanında onu dostu qarşıladı. Məndə ora onu qarşılamağa getdim. Boynuma sanki yük düşdü. Çünki mənim üçün bu qədər qurbanlar verib və məndə dedim ki, daha nə edək... Anam yenə də razılaşmadı. Onun razılaşması çox uzun çəkdi. O köhnə fikirlidir. Elə məndə onun kimiyəm. Əslində anam haqlıdır. Yəni məntiqlə “Leyli və Məcnun” eşqi olub... Yox, olmayıb. Onun Məcnunluğunu hiss eləməmişəm. Bildirən deyil, əməldə yəgin bildirib. Onun gəşəng söz deməsi yoxdur”.
Nüşabə qayınanası və qayınatası ilə gözəl münasibətdə olduğunu söyləyib:
“Həyat yoldaşım Rzanın ailəsi İrana gedib tanış olmuşam. Onlar Təbriz şəhərində yaşayırlar. Azərbaycanlılardır. Onlar hər zaman məni gözəl münasibətlə qarşılayıblar. Valideynləri məni çox istəyirlər”.
N.Ələsgərli həyat yoldaşı Rza ilə dost münasibətində olduğunu deyib:
“Rza Kanadaya getməzdən əvvəl bizim artıq dostluq münasibətimiz var idi. İndi o dostluq elə dostluq kimi də davam edir. Bir-birimizin çətin anlarında yanında oluruq. Biz yaxın dostuq. Hər zaman arzulayıram ki, ailədə qadın kişinin, kişi də qadının yaxşı dostu olsun. Yaxşı dost olanda hörmət də, anlayışlıq da var. “Leyli və Məcnun” sevgisi uzun sürmür ki... Sevginin bitdiyi an da olur. Dostluq isə uzun zaman davam edir”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin ilk evliliyindən bir qız və bir oğlan övladı var.