WOW
WOW

Castin Timberleykin Bakı konsertinin biletinin qiyməti açıqlandı

Castin Timberleykin Bakı konsertinin biletinin qiyməti açıqlandı

Dünya pop musiqisinin əfsanəvi ulduzu Castin Timberleykin Bakıda verəcəyi konsertinin biletlərinin qiyməti məlum olub.

OLAY yazır ki, iyulun 27-sində “Olimpiya Stadionu”nda çıxış edəcək 44 yaşlı sənətçinin musiqili gecəsinin biletləri 77 manatdan 590 manat aralığındadır. 

Belə ki, stadionun birinci mərtəbəsindəki yerlər - 335-590 manat, ikinci mərtəbəsindəki yerlər - 280-335 manat, üçüncü mərtəbəsindəki yerlər – 190- 485 manat, beşinci mərtəbəsindəki yerlər – 77- 155 manat, “general admission” (ayaqüstü zona) - 165 manat, “golden circle” – 230 manatdır.