Müğənni Zeynəb Həsəni “Mənimdir o” adlı layihəsi üçün kamera qarşısına keçib.
OLAY yazır ki, mahnının musiqisi Özbəkistanın tanınmış sənətçisi Jaloliddin Ahmadaliyevə, sözləri isə Elçin Məhərrəmova məxsusdur.
Layihənin vizual təqdimatı üzərində rejissor Xəyal Hüseyn çalışıb. Zeynəb Həsəni ekran işində iki fərqli obrazda tamaşaçı qarşısına çıxıb. Müğənni klipdə zərif və duyğusal bir qadını canlandırıb.
Zeynəb Həsəni bildirib ki, bu, onun 2025-ci ildə ilk bahar əhval-ruhiyyəli layihəsidir və davamı gələcək. Müğənni silsilə proyektləri ilə tamaşaçı qarşısına çıxmağı planlaşdırır.
Layihə yutubda və digər rəqəmsal platformalarda yayımlanıb.