“Sizə “insan” deməyə dilim gəlmir. Ayıb olsun sizə. O da bir ananın övladıdır. Anası nə haldadır, Allah səbr versin”.
OLAY yazır ki, bu sözləri müğənni Günel Zeynalova İstanbulda bıçaqlanaraq öldürülən 15 yaşlı Mattia Ahmet Minguzzinin məzarına hücum edənlər haqqında yazıb. Günel həmin görüntülərin ona çox pis təsir etdiyini vurğulayıb:
“Bu görüntülərdən sonra insanlığımdan utandım. Kiçik qardaşım, səndən üzr istəyirəm, insanlığımızı bağışla. Sizin kimi düşüncəsi çirkli, pis olanlarla bir dünyada yaşayıram”.