WOW
WOW

“Siemens”in baş direktoru xanımı və üç uşağı ilə qəzada həlak oldular - Video

“Siemens”in baş direktoru xanımı və üç uşağı ilə qəzada həlak oldular - Video

“Siemens” konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar ABŞ-da Nyu-York yaxınlığında vertolyotun Hudson çayına düşməsi nəticəsində həlak olub. 

OLAY “New York Post” nəşrinə istinadən yazır ki, təyyarədə həyat yoldaşı, üç uşağı və pilot da olub, lakin onlar da sağ qala bilməyiblər.

Faciə aprelin 10-da saat 15 radələrində baş verib. 

Dəhşətli hadisə Manhetten və Cersi Siti arasında, Azadlıq Heykəlinin yaxınlığında. 

Göyərtəsində bir ailənin olduğu turist helikopteri Manhettendə vertolyot meydançasından tura çıxıb, təxminən 15 dəqiqə havada qalıb və suya çırpılıb. 

Məlum olub ki, 36 yaşlı pilot idarəetməni itirib, helikopter fırlanmağa başlayıb, daha sonra havada parçalanıb.

Eniş etməzdən əvvəl Eskobar, həyat yoldaşı Merse Kamprubi Montal və onların 4, 5 və 11 yaşlı üç övladı, şəxsi helikopter turları təklif edən “New York Helicopter Tours” şirkətinin saytında yerləşdirilən xatirə fotoşəkilləri çəkdiriblər. 

Fotoda ailə helikopterin qarşısında gülümsəyərək salonda xüsusi qulaqcıq taxaraq təhlükəsizlik kəmərlərini taxaraq pozalar verib.

Polisin verdiyi məlumata görə, zərərçəkənlərdən 4-ü hadisə yerində, daha ikisi isə xəstəxanada ölüb. 

Ailənin qohumları artıq İspaniyadan Nyu-Yorka gəliblər.

Qeyd edək ki, “New York Helicopter Tours”da artıq oxşar hadisə baş verib. Belə ki, 2013-cü ildə bir turist helikopteri göyərtəsində isveçli ailə ilə təcili eniş edib. Sonra hər kəs sağ qalmağı bacarıb. Şirkətin baş direktoru Maykl Rot “New York Post”a deyib ki, faciə onu “tamamilə məhv edib”. 

Aqustin Eskobar “Siemens Mobility”də dəmir yolu infrastrukturunun baş direktoru, həyat yoldaşı isə enerji texnologiyası şirkətində qlobal menecer vəzifəsində çalışıb. O, həmçinin yeddi il “Siemens Energy”də çalışıb. Çox uşaqlı ailə tətil üçün Barselonadan Nyu-Yorka uçub.