“Teleaparıcılar və müğənnilər arasında reytinq söhbəti gedir. Aparıcılar deyirlər ki, xalq mahnılarının ifaçıları verilişlərə gəlirlər, reytinq vermirlər. Amma musiqi savadı və zövqü olmayan musiqinin nə olduğunu bilməyən ifaçılar isə verilişlərə gəlib, reytinq verirlər. Çünki iraq yaxşılardan bəziləri efirə çıxıb, təlxəklik edirlər. Amma nədənsə biz xalq mahnıların ifaçıları çox tənbəlik o təlxəklərin qarşısında. Gəlin bu reallığı qəbul edək. Bəli, biz həqiqətən də tənbəlik. Niyə? Çünki biz pulumuza qıymırıq. Çox da gözəl qazanırıq”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Sənətçi son günlər bir sıra həmkarlarının reytinqə görə aparıcılar və televiziyalar ilə mübahisəsi mövzusundan söz açıb.
Nigar bildirib ki, bunun günahı fəxri adı olan sənət nümayəndələrindədir:
“Mən Xalq artistlərimizə hansısa söz deyəcək həddə deyiləm. Amma həmyaşıdlarıma, “Əməkdar artist” fəxri adını daşayan xalq mahnılarını ifa edən xanəndələrə üzümü tuturam. Bir tamaşaçı kimi evdə oturub, televizora baxıram. Siz tələbələrinizdə efirə çıxırsınız amma fonoqram ifa edirsiniz. Bu nə dərəcədə düzdügündür? Adımıza-sanımıza yaraşır? Bu yaraşır bizim muğam ifaçısı olmağımıza? Çoxunuz Milli Konservatoriyada dərs deyirsiniz, Opera və Balet Teatrında işləyirsiniz, Milli Konservatoriyada Xalq çalğı alətləri bölümündə nə qədər tələbələr dərs alır, niyə pulunuza qıyıb, onları efirə dəvət etmirsiniz? Bunu niyə etmirsiniz? Bəs həmin musiqiçi uşaqları kim həvəsləndirməlidir? Siz etməyin bəs kim etsin? Opera və Balet Teatrında çalışırsınız amma niyə görə “Əsli Kərim”dən, “Leyli və Məcnun”dan kiçik tamaşalar göstərmirsiniz? Niyə gəncləri maarifləndirmisiniz? Tar, kaman, əlinizdə dəf… Onunla hara qədər ifa edəcəksiniz? Axı bizim dəskah təqdim edə biləcəyimiz verilişləri çox azdır. Niyə efirlərə ansabl ilə, yeni proqramlar, yeni repertuarla çıxmırsınız? Niyə Milli Konservatoriyada təhsil alan orkest və ansamblının uşaqları ilə efirə çıxmırsınız? Axı onlarında təhsilinin bir bəhrəsi olmalıdır. Əməkdar və Xalq artisti fəxri adını daşayanlar az mı qazanırsınız? Yəni siz oradan kasıb canı ilə təhsil alan tar, kaman, nağara, qarmon ifaçıları ilə birlikdə efirə niyə çıxmırsınız. Siz öz aranızda 200 manatdan atışıb, pulu cəmləyib, bir gözəl ansambl yaradıb, efirə çıxıb, sənət göstərə bilərsiniz. Eyni repertuarı tar, kamanla nə qədər ifa etmək olar? O nə reytinq verəcək? Hansı zövqü oxşayacaq? Axı biz inkişaf etməliyik”.
Şabanova xanəndələrin verilişlərdə canlı ifaya deyil fonoqrama üstünlük vermələrini tənqid edib:
“Günah bizdədir. Özünə hörməti olmayan, bədəni, kiminlə desək efirlərə çıxıb, ağzına gələni danışıb, sənətdə olan bəylərin və xanımların adını batıran müğənnilərimizə meydanı biz və siz açırsınız. Mən niyə verilişdən çıxandan sonra zəng vurub təşəkkürünü bildirirlər ki, çox gözəl reytinq vermisiniz. Çünki, cibimə qıyıram, ansambl çağırıram. Üç dəfə fonoqramla çıxıb, yeni mahnıları təqdim edən də üç dəfə də canlı ansambl ilə efirə çıxıram. Bunları siz niyə etmirsiniz? Bizə bu cür fəxri adlar verilib. Bəs bu fəxri adların haqqını niyə vermirik? Biz niyə tənbəllik edirik. Bu adları boşuna daşıyırıq? Xanəndə efirə çıxır xalq mahnısını fonoqramla ifa edir. Bu aranjiman olunmuş mahnı deyil. Tələbələrlə çıxır fonoqram oxuyur. Bu nə dərəcədə düzgündür? Televiya aparıcıları və televiziya ilə reytinq davasını etməyin. Günahın 40 faizi olardadırsa, 60 faizi bizdədir. Biz fəxri adı alıb niyə oturmalıyıq ki? Niyə sənətimizi inkişaf etmirik? Siz teatrlarda oynadığınız o tamaşaları lentə köçürdüb hansı veriliş onu təqdim etməz ki? Hər biri verilişində göstərəcək. O tamaşaları efirdə canlı-canlı oynasanız hansı veriliş buna “Yox” deyəcək? Heç biri deməyəcək! Neçə milyonluq Azərbaycana nümayiş edin bu gözəl sənətinizi. Hamınızında gözəl və mükəmməl səsiniz var, çünki xanəndəsiniz, xanəndəyik!”