İtalyan kinematoqrafiyasının əfsanəvi ulduzları Monika Belluççi və Vinsent Kasselin 20 yaşlı qızı Deva “Dior” kosmetika xətti üçün yeni reklam kampaniyasında rol alıb.
OLAY yazır ki, videolardan birində Uill Smitin qızı, 24 yaşlı müğənni Uillou Smit iştirak edib.
“Dior Beauty”nin siması olan Deva yay dekorativ kosmetika kolleksiyasının yeni vasitələrini nümayiş etdirib.
Hər iki məşhur qız reklam çarxında gözəlliyi ilə diqqətləri üzərinə cəmləyib.
Qeyd edək ki, Deva Kassel 1999-2013-cü illərdə evli olan aktyorlar Monika Belluççi və Vinsent Kasselin böyük qızıdır. Keçmiş həyat yoldaşlarının Leoni adlı kiçik qızı da var. Devanın Vinsent Kasselin Tina Kunakey ilə evliliyindən Amazoni adlı ögey bacısı və aktyorun yeni sevgilisi Nara Baptistadan bir müddət əvvəl doğulan Kaetano adlı qardaşı var.
Uillou Smit Hollivud aktyoru Uill Smit və həyat yoldaşı Jada Pinkett Smitin evliliyində dünyaya gəlib. Onun aktyorun ilk evliliyindən böyük ögey qardaşı Jaden və ögey qardaşı Uillard var.
Deva Kassel bu yaxınlarda Fransız nəşri “Madam Figaro”nun yeni buraxlışının üz qabığını bəzəyib.