WOW
WOW

20 illik küsülülüyə son qoydular!

20 illik küsülülüyə son qoydular!

Dünya pop musiqisinin əfsanəvi ulduzları Elton Con və Madonna aralarında yaşanan qalmaqala son qoyublar.

OLAY yazır ki, Madonna instaqram səhifəsində 20 illik dava-dalaşdan sonra Elton Con ilə barışdığını açıqlayıb. 

Madonna etiraf edib ki, bütün bu illər ərzində həmişə heyran olduğu adamın (Elton Con – red.) onu sevmədiyini açıq şəkildə söylədiyini bilmək onu dərindən incidib. 

Madonna bildirib ki, bu barışıq “Saturday Night Live” verilişinin səhnə arxasında baş verib.

Elton Madonnanı görəndə ilk dediyi “məni bağışla” kəlməsi olub. 

“Həmin anda aramızdakı divar uçdu. Bağışlamaq güclü vasitədir. Biz bir neçə dəqiqə qucaqlaşdıq”, - deyə Madonna bildirib. 

Bundan sonra Elton Con Madonnaya onun üçün mahnı yazdığını və əməkdaşlıq etmək arzusunda olduğunu vurğulayıb.