Müğənni Səidə Sultan bir müddət əvvəl ana olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirib.
OLAY yazır ki, bu haqda sənətçi “İncə səhər” verilişinə müsahibəsində danışıb.
S.Sultan bildirib ki, o, ana olmaq istəmir:
“Mən səhnəni seçirəm. Valideyn olmaq çətindir, böyük məsuliyyətdir. Özüm üçün yaşamaq istəyirəm, uşağı incitmək istəmirəm. Bu cəmiyyət, zəmanə... Uşağa ürəyim ağrıyır. İstəyirəm ömürboyu belə qalım. Artıq problem olanda, söz deyəndə götürə bilmirəm. İstəmərəm uşaqlarım artıq söz götürsün” .
Qeyd edək ki, bir müddət əvvəl “Rəngarəng” verilişində aparıcı tərəfindən Səidəyə “İddialara görə Səidə hamilədir, ana olacaq” sualı ünvanlanıb. Müğənni isə “Həssas mövzudur. Gözə gəlməkdən qorxuram. Nə hə, nə yox deyirəm" cavabını verib.