Məşhur sənətçi Sezen Aksu Türkiyədəki son hadisələrlə bağlı sosial mediada açıqlama yayıb.
OLAY yazır ki, o, vəziyyətdən dərin bir kədər hiss etdiyini bildirib.
“Hamımıza aid olan bu məmləkətin gəldiyi vəziyyət mənə fiziki ağrıdan daha ağır, daha sarsıdıcı, daha dərin bir kədər yaşadır. Məni dinləməyəcəklərini hiss etsəm də, məsul olanlara səslənməyi özümə borc bilirəm. Bu qədər insanın səsini dinləmək, onları anlamaq, gördüyünüz bütün işləri hüquqa uyğun şəkildə həyata keçirmək, insan hüquqlarını əsla pozmamaq, xüsusilə də gələcəyimiz olan gənclərimizi göz bəbəyiniz kimi qorumaq – bu, sizin vəzifənizdir”.