WOW
WOW

Keti Perri kosmosa gedir

Keti Perri kosmosa gedir

Amerikalı məşhur müğənni Keti Perri kosmik səyahətə hazırlaşır.

OLAY yazır ki, Amazon-un qurucusu Ceff Bezosun sahibi olduğu “Blue Origin” aerokosmik şirkəti tərəfindən həyata keçiriləcək bu missiyada Perri ilə yanaşı Ayşa Bou, Amanda Nquyen, Kayli Kinq, Kerri Enn Flayn və Loren Sançes kimi tanınmış adlar da iştirak edəcək.

“NS-31” adlı missiya çərçivəsində həyata keçiriləcək uçuş “New Shepard” raketi ilə reallaşacaq və təxminən 10 dəqiqə davam edəcək. Tarixi səyahətin 14 aprel tarixində baş tutacağı açıqlanıb.

Keti Perri bu möhtəşəm hadisə ilə bağlı sosial media hesabında paylaşım edərək bunları bildirib:

“Əgər mənə deyəydiniz ki, kosmosa gedən ilk qadın ekipajın bir hissəsi olacam, inanardım… Uşaqkən xəyal gücümün çata bilmədiyi heç bir şey yox idi.”

Qeyd edək ki, “Blue Origin” 2021-ci ildən etibarən kommersiya məqsədli, 10 dəqiqəlik kosmik turizm uçuşları təşkil edir.


Turneyə çıxmağa hazırlaşır, lakin biletlər satılmayıb


Digər tərəfdən Keti Perri musiqi karyerasına da davam edir və yeni bir turneyə hazırlaşır. Lakin turnenin başlamasına az müddət qalmasına baxmayaraq, konsert biletlərinin hələ də satılmadığı bildirilir. Bu isə sənətçinin pərəstişkarları arasında təəccüblə qarşılanıb.