WOW
WOW

“O partidə iştirak etsəydim, 50 min qazanacaqdım”

“O partidə iştirak etsəydim, 50 min qazanacaqdım”

“Miss Azerbaijan - 2019” Səmra Hüseynova həmkarı Mariya Kovalçuk adlı ukrayna vətəndaşının Dubayda ağır xəsarətlərlə (ayaqları, qolları və onurğası sınıb - red.) yolun kənarında tapılması hadisəsinə münasibət bildirib. 

OLAY yazır ki, podium ulduzu bununla bağlı instaqram səhifəsində post paylaşıb. Hüseynova bildirib ki, M. Kovalçuk kimi o da 4 il əvvəl Bakıda bu partilərə qoşulmaq üçün təklif alıb. 

Səmra həmin görüşün təfərrüatlarını bu sözlərlə nəql edib:

“Ukraynalı modelə Dubayda təcavüz olunduqdan sonra iflic olub. Təsəvvür etmək istəmirəm neçə nəfər edib. 4 il əvvəl həmin bu partiləri təşkil edən Solomo adlı şəxs Dubaydan Bakıya gəldi, mənimlə iş görüşü etdi, dedilər səni seçmişik, sən artıq bir marka simasısan. Məni apardı “Sabah Residence”ə, “Port Baku”ya ki, ev götürsünlər. Mən də qaraçı yapışmışdım ki, yox, kukla teatrına getmək istəyirəm. Gəldi anamla tanış oldu ki, narahat olmayın, gününə 4-5 min dollar qazansa, 2-3 aya 10-50 min dollar alacaq, həm partilərdə olacaq, həm də çəkiliş. Anam yaxasına yapışdı ki, mənə də bilet alırsınız, qızımla bir evdə qalacağam, dedilər ki, yox, tək gəlməlidir, bağça deyil. 7 il əvvəl həmin şəxs mənə model agentliyi adından zəng vurmuşdu, keçmiş rəfiqəm onunla danışdı və mənə dedi ki, yox, getmə. Ürəyimdə dedim, görəsən o bunlarla nə danışdı ki, bunlar mənə geri zəng etmədilər?

Anam qoymadı, özümü çırpdım yerə, vurdum divara, anam dedi, ya mən, ya Dubay!. Təbii ki, bir neçə dövlət xidmətində çalışan insanlarla gedib maraqlandım, onlar da dedilər ki, sənlik deyil. İndi isə bu hadisə… Çox incidim, parçalandım. İnsan tikan üstə olanda, borc-xərc içində üzəndə, xəyalən düşünür ki, möcüzə baş verdi. Möcüzələr isə olmur…”.

Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı model Mariya Kovalçuk Dubayda ağır xəsarətlərlə yolun kənarında tapılıb: onun ayaqları, qolları və onurğası sınıb. Anasının və rəfiqəsinin sözlərinə görə, bir gün əvvəl qız naməlum kişiləri görmək üçün hotelə tək gedib, bundan sonra o, ünsiyyətini dayandırıb. Sosial şəbəkə əhli Kovalçukun müntəzəm olaraq sosial şəbəkələrdə açıq-saçıq fotoşəkillər və “OnlyFans” platformasına +18 məzmunlu videolar yerləşdirdiyini aşkara çıxarıblar. Bu da onun “Porto Party”yaları adlanan gecə yığıncaqlarına (qızlara on minlərlə dollar ödənildiyi iddia edilən zorakılıq və pozğunluqla müşaiyət olunan VİP partilər) mümkün iştirakı ilə bağlı fərziyyələrə səbəb olur. Hadisə geniş ictimai rezonansa səbəb olub, hüquqşünaslar və Dövlət Dumasının deputatları məsələ ilə bağlı çıxış ediblər.