Artıq “əsrin toyu” adlandırılan planetin ən zəngin insanlarından biri Ceff Bezosun qarşıdan gələn toyunun təfərrüatları üzə çıxıb.
OLAY yazır ki, 61 yaşlı milyarder nişanlısı Lauren Sançez kosmosa uçuşdan qayıtdıqdan sonra toyunu bu ilin iyununda Venesiyada meqa-yaxtada keçirməsini planlaşdırır.
Qonaq siyahısına siyasətçilər və şou-biznesin məşhur nümayyəndələri daxildir.
55 yaşlı Sançes mərasim üçün “Oscar de la Renta” libası seçib, “Vogue” dərgisinin baş redaktoru Anna Vintur ona paltar seçimində şəxsən kömək edib. Bayramın özü Bezosun 500 milyon dollarlıq “Koru” meqayaxtasında baş tutacaq. Gəmi hazırda Venesiya Laqonunda dayanır.
İddialara görə toyun bir hissəsi meqayaxtada digər hissəsi isə daha çox qonağın iştirak etməsi üçün lüks hoteldə keçirilməsi planlaşdırılır.
Məlumata görə, şəhərin iki ən yaxşı oteli – “Gritti Palace” və “Aman Venice” iyunun 26-dan 29-a kimi tam rezervasiya olunub.
Onlarda bir otağın qiyməti bir gecəlik 32 min dollara çata bilər.
Bu arada toya kimin dəvət olunduğu məlum olub.
“TMZ” nəşri tərəfindən dərc edilən qonaqlar siyahısında Opra Uinfrey, Orlando Blum və Kati Perri (Sanchez ilə birlikdə kosmosa uçması planlaşdırılır) cütlüyü, ABŞ-ın prezidenti Donald Trampın qızı İvanka və əri Cared Kuşner, həmçinin onun qardaşı Coşua Kuşner və həyat yoldaşı model Karli Kloss.
Qeyd edək ki, təxmini xalis sərvəti 233,5 milyard dollar olan Bezos 5 illik görüşdən sonra 2023-cü ilin mayında yaxtasında Sançesə evlənmə təklifi edib. “Amazon” yaradıcısının keçmiş jurnalistə hədiyyə etdiyi 20 karatlıq brilyant üzüyün qiyməti mənbələrə görə 2,5 milyon dollardır. Cütlüyün 2024-cü ilin dekabrında Aspen dağ-xizək kurortunda toy etməli olduqları barədə söz-söhbətlər yayılsa da, medianın bu haqda xəbər tutmasından sonra onlar toyu ləğv ediblər.
Bezos və Sançesin romantikası 2018-ci ildə, hər ikisi evli olduqda başlayıb. Nəticədə “Amazon”un qurucusu 25 il evli olduğu və dörd uşaq (üç bioloji, biri övladlığa götürülmüş) böyütdüyü arvadı Makkenzidən boşanıb. Keçmiş arvad Bezosu 35 milyard dollar tələb edərək, dünyanın dördüncü ən zəngin qadını olub. Sançes bir qızı olan ərindən də boşanıb. Ümumilikdə üç övladı var.