Aktrisa mərhum Çimnaz Sultanovanın (Heybətova Çimnaz Mütəllim qızı) məzar daşı hazırlanıb.
OLAY yazır ki, sənətçinin məzarının görüntüləri sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Ç. Sultanova yanvar ayının 15-də bağırsaq xərçəngindən dünyasını dəyişib. Aktrisa “Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşıb. O, Moskvada böyüyüb, aktrisalıqla bağlı ilk dərsləri Almaniyada alıb. Əvvəllər musiqi ilə məşğul olub.