Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, bu haqda sənətçi instaqram səhifəsində məlumat verib.
İbrahim əsən əlinin videosunu çəkərək “Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!” şərhi ilə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, İ.Çingiz bir sıra məşhurların rol aldığı Bakı Media Mərkəzinin layihəsi olan “44” adlı ekran əsərinə çəkilir. Bu film 44 günlük Vətən müharibəsindən bəhs edir.