WOW
WOW

Səidə konsertinə belə hazırlaşır - VİDEO

Səidə konsertinə belə hazırlaşır - VİDEO

Konsert verməyə hazırlaşan müğənni Səidə Sultan məşqlərdən görüntülər paylaşıb.

OLAY yazır ki, ilk dəfə solo şəkildə sevənlərinin qarşısına çıxacaq sənətçi canlı ifaları ilə tamaşaçılarını sevəcək.

O, məşq zamanı Xalq artisti Mehriban Zəkinin repertuarından olan “Yağış yuyur, gün qurudur” mahnısını ifa edib.

Qeyd edək ki. Səidənin konserti 7 apreldə paytaxtın özəl məkanlarından birində baş tutacaq. Sultan bildirib ki, gecədə sevilən hitləri və yeni ifaları yer alacaq. 

Müğənni səhnə şousu ilə də tamaşaçılarını təəccübləndirməyə hazırlaşır.

Gecəyə biletlər “iticket” platformasında satılır.