WOW
WOW

Erməni iş adamı Timatidən 2 milyon tələb edir!

Erməni iş adamı Timatidən 2 milyon tələb edir!

Rusiyalı reper Timatinin (əsl adı Timur Yunusov) başına iş gəlib. 

OLAY “Zvezdach” teleqram kanalına istinadən yazır ki, sənətçini məhkəməyə verib, iki milyon rubl (təxminən 41608 manat) almaq istəyirlər. 

Məlum olub ki, erməni iş adamı Artur Sarkisyan musiqiçinin 2023-cü ildən uzun müddətdir partnyoru Anton Pinski ilə birgə təsisçisi olduğu restoran biznesini məhkəməyə verib. 

Söhbət “Nikitskaya 24”dən gedir. Sarkisyan şirkəti əmtəə nişanına eksklüziv hüquqları pozmaqda ittiham edir.

Bildirilir ki, bu, Sarkisyanın Timatini məhkəməyə vermək üçün ilk cəhdi deyil. 2024-cü ilin payızında o, artıq şikayət verməyə çalışıb, lakin ərizə geri qaytarılıb.

Xatırladaq ki, Timatinin son illərdəki fəaliyyəti əsasən biznesi ilə bağlı olub.