WOW
WOW

Samirə Dilarə ilə küsülülüyündən danışdı

Samirə Dilarə ilə küsülülüyündən danışdı

“Mən insanları bağışlaya bilirəm. Mehriban insanam. Amma hamının öz xətti var. Onu keçsələr bəlkə yenə bağışlayaram. Kinli deyiləm. Amma əgər bir insanla qutardımsa birdəfəlik münasibəti bitirirəm. Çünki artıq geri dönüşü ola bilməz. Olmayacaqda...”

OLAY yazır ki, bu sözləri “Avroviziya” təmsilçilərimizdən olan müğənni Samirə Əfəndi “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi küsülü olduğu həmkarı Dilarə Kazımova ilə münasibətlərini belə şərh edib:

“Hamı ilə gözəl münasibətdəyəm. Kin saxlamağa, nifrət etməyə vaxtım yoxdur, çünki mən özümlə, inkişafımla məşğulam. Kimsə məni sevmirsə, gözü götürmürsə heç bir problem yoxdur. Gəlib mənimlə öpüşüb, görüşsə də, “ok”... Heç kimə qarşı pis deyiləm. Barışmağa qaldıqda isə, heç kimlə dalaşmamışam ki, barışım”.

Qeyd edək ki, Dilarə daha əvvəl ki, müsahibəsində bildirib ki, Samirə onu tədbirlərdə görsə də, salam verməyib. Bundan sonra ikili arasında küsülülük yaşanıb.