Müğənni Nura Surinin ailəsinə ağır itki üz verib.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında post paylaşıb.
N.Suri bildirib ki, alim dayısının oğlu Cavid bəy 57 yaşında dünyasını dəyişib:
“Bu gün ailəmiz üçün çox ağır bir gün oldu. Böyük dayım, tanınmış alim və Slavyan universitetinin banisi Rasim Mirzəyevin oğlu Cavid, 57 yaşında vəfat etdi. Cavidin anası 45 yaşında, bacısı 36 yaşında, dayım isə 62 yaşında rəhmətə gediblər. Bir ailənin bütün üzvləri bu dünyadan getdilər. Kimsa bu dünyadan köçdüyü zaman ağlaya bilmirəm. Amma bu gün ürəyim partladı, göz yaşlarıma hakim ola bilmədim”.