WOW
WOW

Ronaldo Corcina ilə niyə evlənmir?

Ronaldo Corcina ilə niyə evlənmir?

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilk dəfə sevgilisi Corcina Rodrigesə niyə hələ də rəsmi təklif etmədiyinə münasibət bildirib. (Cütlük 2016-cı ildən birlikdədir və beş uşaq böyüdür: ikisi birlikdə və üçü futbolçunun əvvəlki münasibətlərindən). 

OLAY yazır ki, “Netflix”də yayımlanan “I Am Georgina” realiti-şousunun ilk bölümündə Rodriges uzun müddətdir ki, evlilik təklifi gözlədiyini və yaxınlarının bu barədə mütəmadi olaraq zarafat etdiyini etiraf edib. 

“Cennifer Lopezin “El Anillo” (Üzük) mahnısı çıxandan bəri onu mənə zümzümə etməyə başladılar. Yaxşı, bu məndən asılı deyil. Mən ona həmişə deyirəm: “Bir növ işarə hiss etdikdə biz evlənəcəyik. Həyatımıza aid olan hər şeydə olduğu kimi, o da mənim nə danışdığımı bilir”, - deyə Ronaldo istehza ilə məsələni şərh edib

Futbolçu onu da əlavə edib ki, bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilməsə də, Corcina ilə bağlı ciddi niyyətləri var.

Xatırladaq ki, Kriştianu Ronaldo bir neçə dəfə ictimaiyyət qarşısında Corcinanı həyat yoldaşı adlandırmışdı. Bundan əlavə, diqqətli pərəstişkarları bir neçə dəfə hər ikisinin barmaqlarında toy üzüklərinə bənzəyən üzüklər taxdığını müşahidə ediblər.

Cütlüyün əvvəllər qeyri-müəyyən münasibət statusu hətta bəzi çətinliklər də yaradıb. Belə ki, futbolçu Səudiyyə Ərəbistanında qanunun nikahsız birgə yaşamağı qadağan etdiyi klublardan birində oynamağa başlayanda köçərkən problemlə üzləşiblər.