“Restoranların art direktorları, müğənniləri dəvət edənlər yeni bir dələduzluq növünə keçiblər”.
OLAY yazır ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.
Nura restoranlarda yemi dələduzluq hallarının olduğunu iddia edib:
“Hər hansı bir müğənni ilə danışıb onun reklamını sosial media səhifələrində paylaşdırırlar, amma çıxışdan bir gün əvvəl imtina edərək, müştərinin olmadığını bildirirlər, halbuki zal dolu olur. Bu hadisə bir neçə məşhur müğənnin başına gəlib. Diqqətli olun, behi əvvəldən alın”.