WOW
WOW

“Qəbul edib-etmirsiz, özünüz bilərsiz!”

“Qəbul edib-etmirsiz, özünüz bilərsiz!”

Müğənni Nərmin Kərimbəyova Kanal S-də yayımlanan “Xəbərin var?” verilişində qonaq olub. İddialı ifaçı yenə də cəsarətli çıxışı ilə seçilib.

OLAY yazır ki, Nərmin onun ifasına, xarici görünüşünə gələn tənqidlərlə yanaşı, standart görünən həmkarlarına  da rəy bildirdi:

“Tənqid qınaq deyil. O qədər təhqir formasında idarə olunmamış, anormal münasibətdir ki, mən onu çoxdan öyrənmişəm özümçün blok edim və mənə təsir etməsin bu kimi hallar. Doğrudan da boş verirəm, mənə belə neqativ şeylər təsir etmir. Nə qədər tənqid artsa da, düzgün yolda olduğum sübut olunur. İnsanların mənə olan sevgisi də artır. Mən özüm bilirəm ki, bu həyatda nələrdən keçdim, nələr yaşadım. Hələ nələrdən keçəcəm, qarşıda məni nələr gözləyir, onu da bilirəm. Özümə deyirəm ki, 40 yaş gəlib, bugünə kimi özünçün 2-ci, 3-cü planda olmusan. Artıq özünü sev. Mən buyam, özüməm. Qəbul edib, etmirsiz, özünüz bilərsiz! Heç birimiz ideal deyilik. Heç nədən utanmamalıyıq. Bəlkə kimsə nəsə gizlədir həyatından amma mən gizlətmirəm. Mən dərin yaramı göstərdim. Mən həyatda çətinlik keçib amma güclü dayanan adamlardan ilhamlanıram. Mən dünyada güclü, hər daim şükür edən inklüziv insanları yaxından izləyirəm.

Hərə bir yerini dartır, şişirdir, göstərir. Mənə standartı görmək xoş deyil! O görüntü mənimçün 0-dır, gülməlidir. Bu yaradıcılıq deyil. Mən səhnəyə bununçün gəlməmişəm. Əgər deyillərsə ki, mən bu əməliyyatları sənətim üçün edirəm! Deyil, yalandır! Belə standartları görmək məni qıcıq edir. Axı nə qədər olar? Hər şeyin həddi var! Və mən də bunun əksini göstərirəm. Mən sənətə öz beynimi, dəsti-xəttimi, yaradıcılığımı gətirmişəm. İsbat edəcəm ki, mənim kimilər bu həyatda nəyisə dəyişəcək. Mənim yolum çətindir, gec-tez tamaşaçı qəbul edir, edəcək də.

Gah çəkimi, gah ifamı anlamırlar. Tənqid edirlər. Onu dəqiq deyə bilirəm ki, insanları heç nə ilə qane etmək mümkün deyil. Sanki hər kəs bütün neqativini tanınmış insanlara tökür. Sonra özlərini xoşbəxt hiss edirlər”.