Bir neçə gün əvvəl qəzaya düşən müğənni Sevinc Səfərova səhhəti ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.
Qəzadan sonra burnundan zədə aldığı üçün yenidən rinoplastika əməliyyatı keçirən Səfərova gipsdə güzgü önündə “selfi”sini izləyiciləri ilə bölüşüb.
Sevinc sözügedən fotosuna “Günləri sayıram evdən çıxmaq üçün. Gips açılsın, bol-bol söhbətlər edəcəyik” şərhini yazıb.
Qeyd edək ki, əkiz bacılardan digəri Sevil isə açıqlamalarından birində 3 dəfə burun əməliyyatı etdirdiyini deyib.