Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə gündəmə səs salıb.
OLAY yazır ki, sənətçi bu açıqlamanı qonaq olduğu “Gün ortası” verilişində edib.
Proqramın aparıcısı Zümrüd Bədəlovanın “Hansısa bir həmkarına görə məclisdə pərt olmusan?” sualına Namiq belə cavab verib:
“Dəfələrlə... Hətta olub ki, söz də demişəm. Pərt olmuşam ki, bu da sənət nümayəndəsidir mən də. Hətta məclislərin birində çox imkanlı insanlar rəqs edirdilər. Bizim masadan həmin sənət nümayəndəsi durub oynayırdı ki, onu da onlar yanlarına çağırsınlar. Məndə tutdum əlindən saldım aşağa ki, otur yerinə, biraz özünə hörmət elə, ayıbdır. Çağırmaq məsləhət olsa səni də çağıracaqlar, oynayacaqsan”.