İtalyan kinematoqrafiyasının məşhur aktyorları Monika Belluççi və Vensant Kasselin qızı Deva Kassel sevgilisi, 26 yaşlı italyan aktyoru Saul Nanni ilə ictimaiyyət qarşısına çıxıb.
OLAY yazır ki, cütlük “The Leopard” adlı debüt serialının qalasına qatılıb.
Deva və Saul Roma Opera Evində birlikdə fotoqraflara pozalar verib.
20 yaşlı Deva mərasim üçün qara atlaz gödəkçə və eyni rəngli şəffaf ətək geyinib. Saul isə qara kostyumda olub.
Xatırladaq ki, Saul Nanni və Deva Kassel əsas rollardan birini oynadıqları “The Leopard”ın çəkiliş meydançasında tanış olublar. Serial 19-cu əsrdə Siciliyadakı sosial qarışıqlığın ortasında qalan aristokrat ailədən bəhs edir.
Qeyd edək ki, cütlük 2023-cü ilin payızından görüşür və ilk dəfə 2024-cü ilin yanvarında “Dior” brendinin şousunda birlikdə görünüb. Əvvəllər Deva model Luka Salandro ilə münasibətdə olub.
Deva Belluççi və Kasselin böyük qızıdır. Onların Leoni adlı daha bir 14 yaşlı qızı da var. Cütlük 14 illik evlilikdən sonra 2013-cü ildə boşanıb. Aktyorun model Tina Kunaki ilə münasibətindən beş yaşlı Amazoni adlı qızı və 2025-ci ilin yanvarında model Nara Baptistadan dünyaya gələn Kaetano adlı oğlu da var.