İzləyicisi opera və vokal ifaçısı Lətifə Soyuözü əsəbiləşdirib.
OLAY yazır ki, buna səbəb sənətçinin doğum günündə bahalı markalardan olan hədiyyələrin əhatəsində çəkdirdiyi fotoları olub.
İzləyicilərdən həmin şəkilin şərh bölməsinə “Bu brendlərin ondan xəbəri yoxdur. Bəlkə də məndən alıb. Allah haqqı heç biri orijinal deyil” sözləri yazıb.
Bundan qəzəblənən Lətifə instaqram səhifəsində videoaçıqlama yayıb.
“Belə insanlara həqiqətən üzülürəm. Bu arada Ramazan ayındasan Allaha yalandan and içmə. Paylaşdığım şəkilin anlamı tamamilə fərqli idi. İtim “Zeus”u salacağam bu cür şərh yazanların üstünə (gülür). Onda başa düşərlər. Nəsə paylaşan kimi yazırlar ki, bu saxtadır. Allah bilir başqa yerdən alıb. Adi bir çanta və ya “başmaq” olsun. Mən yalnız orijinal geyinməyi sevirəm”, - deyə L.Soyuöz vurğulayıb.
Daha sonra müğənni məşhur brendlərdən alış-veriş zamanı çəkilən görüntülərini yayaraq saxta məhsullar almadığını sübuta yetirib.