Bu gün Los-Ancelesdə 97-ci dəfə keçirilən Oskar mükafatlarının təqdimetmə mərasimi başlayıb. Mərasimdən əvvəl ulduzların qırmızı xalı üzərində keçidi olub.
OLAY dəbkeşlərin qırmızı xalıda görünüşü ilə bərq vuran məşhurların siyahısını siz oxuyucularımıza təqdim edir.
Fotoqrafların qarşısına ilk çıxanlardan biri də Ariana Qrande olub. “Wicked: The Tale of the Witch of the West” müzikli üçün Ən Yaxşı Köməkçi Qadın Oyunçu nominasiyasına namizəd olan müğənni və indi aktrisa mərasimə “Schiaparelli” dəb evinə aid şampan rəngli libasda qatılıb. Ulduz görünüşü ilə görənləri özünə valeh edib.
Demi Mur həmişə və hər yerdə seçilməyi bacarır. Bu də də o ənənəsinə sadiq qalmağı bacarıb. Bu il 62 yaşlı aktrisa “Maddə” filmindəki baş rola görə Oskar mükafatına namizəddir və onun mütləq qazanmaq şansı var. Bununla belə, Demi qırmızı xalıda zərif görünüşü ilə hər kəsi özünə heyran qoyub. Ulduz dar “Armani Prive” markasına aid libas geyinib. Mur sözün əsl mənasında qırmızı xalıda parıldayıb.
Pop ulduz Selena Qomez Demi Murun qırmızı xalıdakı parlamaq taktikasına əməl edib. Son aylarda xeylax arıqlayan ulduz mərasimə “Ralph Lauren” brendinə məxsus çəhrayı çalarlı bej rəngli parlaq libasda gəlib. Dar paltar onu daha da incə göstərib.
Qırmızı xalıda ən orijinal görünüş Mayli Sayrusda idi. Müğənni “Alexander McQueen” markasından qara libasda ulduz kimi parlayıb. Dəbli görünüşünü isə sənətçi əlcəklərlə tamamlayıb. Diqqət çəkən məqam Sayrusun qaşlarının ağartması olub.
Dəbkeşlərin görünüşü ilə ürəyini açan daha bir Hollivud ulduzu isə Penelopa Kruz olub. Aktrisa mötəbər tədbirə “Chanel” libasında çıxıb. Beləcə Kruz adını “Oskar”ın qırmızı xalı mərasiminin ən yaxşıları siyahısına daxil edib. Yeri gəlmişkən, ağ gecənin ən nadir rəngidir.