“O ses Türkiye”nin növbəti bölümündə iştirakçılardan biri Azərbaycan mahnısı ilə yarışıb.
OLAY yazır ki, Gökçe adlı xanım Cahangir Cahangirovun ölümsüz əsəri “Ay qız”la səhnəyə çıxıb.
Ona münsiflərdən yalnız Gökhan Özoğuzla Beyazıt Öztürk dönüb.
Gökhan iştirakçının azərbaycanlı olmadığına təəccüblənərək “Mən dönəndə Azərbaycan türkcəsində danışacağımızı düşündüm”, - deyə, bildirib.