WOW
WOW

Ermənilər bu dəfə onların mahnısını oğurlamaq istədi

Ermənilər bu dəfə onların mahnısını oğurlamaq istədi

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçıTiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

OLAY yazır ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib (açıqlanmışdır). Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib

Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu “Ter Hisus Ari” adı iləifa etmiş vəYoutube-nin “https://www.youtube.com/watch?v=5GycJzLzwuY” səhifəsində yerləşdirib. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.

“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Youtube-nin “https://www.youtube.com/watch?v=OQSbC6Dr3Pc” səhifəsində yerləşdirilmiş və bununla da Tiqran Asatryan tərəfindən mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozub.

Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artash Asatryanın ifasında “Ter Hisus Ari” və Tiqran Asatryanın ifasında “Qez Hamar” adlı mahnılar Youtube-nin qeyd edilən səhifələrindən silinib.

Bununla da “İntizar” manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, “Yeni il mahnısı”nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilib.