WOW
WOW

Məşhur müğənni kosmosa uçacaq!

Məşhur müğənni kosmosa uçacaq!

Dünya pop səhnəsinin ulduzu Keti Perri bütün qadınlardan ibarət ekipajın bir hissəsi olaraq kosmosa uçacaq.

OLAY yazır ki, “Amazon” şirkətinin qurucusu və milyarder Ceff Bezosa məxsus “Blue Origin” aerokosmik şirkətinin mətbuat xidməti pop ulduzu “New Shepard” kosmik gəmisinin ekipajına daxil edib.

Uçuş təkcə Ketiyə görə unikal olacaq. Ekipaj üzvlərinin hamısının qadın olduğu bildirilir. Bu, Valentina Tereşkovanın kosmosa uçduğu 1963-cü ildən bəri kosmosa ilk qadın ekspedisiya olacaq. 

Müğənnidən başqa, ekipajda teleaparıcı Qeyl Kinq, NASA-nın keçmiş raket alimi Asiya Boe, bioastronavtika üzrə alim Amanda Nquyen, prodüser Kerianne Flinn, jurnalist və Bezosun nişanlısı Lauren Sançez də var. Uçuş 2025-ci ilin yazına planlaşdırılıb, dəqiq tarix hələ açıqlanmayıb.