WOW
WOW

“Bundan sonra ailə üzvləri və tamaşaçılar serialı rahatlıqla izləyə biləcək”

“Bundan sonra ailə üzvləri və tamaşaçılar serialı rahatlıqla izləyə biləcək”

“Medyapım” “Şakir Paşa ailesi: Mucizeler ve skandallar” serialının qadağasının götürülməsi ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, mətndə ailənin narazılığından və razılaşmadan bəhs olunub:

“İstehsalı şirkətimiz tərəfindən həyata keçirilən “Şakir Paşa Ailesi: Muciezeler ve Skandallar” adlı serialımızın Şakir Paşa və Cevat Şakir Kabaağaçlı ailəsinin bəzi üzvlərində həssaslıq və narahatlıq yaratdığını nəzərə alaraq, bu açıqlamanı dəyərli izləyicilərimiz və ictimaiyyətlə bölüşmək zərurəti yaranıb. Hər həftə serialımızı maraqla izləyən milyonlarla tamaşaçının da diqqət etdiyi kimi, öncü titrlərdə bəzi dəqiq bilinməyən məqamların sənət azadlığı çərçivəsində qurğu olduğu açıq şəkildə qeyd edilir. Bu yanaşma, ictimai şəxslərin həyatını əks etdirən ekran işlərində reallıq və qurğu arasındakı sərhədi müəyyənləşdirmək məqsədilə dünya miqyasında geniş istifadə olunan bir praktikadır. Bununla belə, bəzi səhnələrin ailə üzvlərini narahat etdiyini anlayırıq. Digər tərəfdən, hər nə qədər serial epizodlar şəklində yayımlansa da, əslində vermək istədiyimiz mesajın bütövlükdə dəyərləndirilməsi üçün bütün bölümlərin yayımlandıqdan sonra qiymətləndirilməsi vacibdir.

Bu səbəbdən, serialımızın hələ yalnız 7 bölümü yayımlandığını xüsusi vurğulayaraq, davam edən bölümlərdə baş verəcək zaman atlaması ilə izləyicilərin bütün personajların inkişafına şahid olacağını qeyd etmək istərdik. İndiyə qədər yayımlanan bölümlərdə uşaq və gənc olan, hər biri özünəməxsus istedada malik ailə üzvlərinin yaşayacağı sənət oyanışı və onların dünya şöhrətli sənətkarlara çevrilmə hekayələrinin tamaşaçılarla paylaşılacağını xüsusilə bildirmək istəyirik. Bu möhtəşəm yolçuluq çərçivəsində Cevat Şakir Kabaağaçlının yüksək təhsil almış, geniş dünyagörüşlü və idealist bir gəncdən müasir dövrün filosofuna çevrilərək Halikarnas Balıqçısı olma prosesinə birlikdə şahidlik edəcəyik. Bu baxımdan, serialımızın bəzi səhnələrinin yanlış anlaşılmalara səbəb olduğunu təəssüflə qeyd edirik. Son illərdə ekranlarda tamaşaçılarla görüşən ən böyük prodüksiyalardan biri olan serialımızın sənədli film olmadığını xüsusilə vurğulayaraq, növbəti bölümlərdə həm Şakir Paşa və Cevat Şakir Kabaağaçlı ailəsinin üzvlərinin, həm də izləyicilərimizin bu çox xüsusi ailənin hekayəsini məmnuniyyətlə və tam rahatlıqla izləyə biləcəklərini bildiririk”.

Qeyd edək ki, Şakir Paşa və Cevat Şakir Kabaağçlının ailəsi seriala etiraz edərək şikayət etmiş və yayım qadağasına nail olmuşdu.