Türkiyənin məşhur aparıcısı və şoumeni Mehmet Ali Erbil “qanunsuz mərc oyunları reklamı və həvəsləndirmə” maddəsi ilə mühakimə olunduğu iş üzrə məhkəmə iclası keçirilib.
OLAY yazır ki, Erbilin hökmü açıqlanıb.
Prokuror aparıcıya 3 ilə qədər həbs cəzası istəyib. İstanbul Ədliyyəsində keçirilən prosesdə Erbil və vəkilləri iştirak edib.
Özünü müdafiə edən aparıcı otel açılışı üçün müğənni Serdar Ortaçla birlikdə Maltaya dəvət olunduqlarını, qanunsuz mərc reklamlarının verildiyi canlı yayıma çəkilməyə çalışıldıqlarını söyləyibş
İşin mahiyyəti ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı təqsirləndirilən Mehmet Eli Erbilin 1 ildən 3 ilə qədər həbs və 3000 günə qədər məhkəmə cəriməsi tələb edib.
Təqsirləndirilən şəxslərin vəkilləri rəyə qarşı ifadə vermək üçün vaxt istəyiblər.
İclas martın 11-nə təxirə salınıb.