Rusiyanın “Pole Çudes” verilişinin məşhur aparıcısı Leonid Yakuboviçin gizli saxladığı mülkü üzə çıxıb.
OLAY yazır ki, villanın qiyməti 1 milyard rubldur (təxminən 19 milyon manat)
Sözügedən qəsr Moskva vilayətinin İstra rayonundakı Velednikovo kəndində 30 hektar ərazidə yerləşir.
Yakuboviçin Moskvanın Xamovnikidəki bir binanın bütün mərtəbəsini tutan 10 otaqlı mənzili də var. Evin dəyəri 202 milyon rubl (təxminən 3,9 milyon manat) olaraq qiymətləndirilir
79 yaşlı aparıcının bundan başqa Moskva yaxınlığındakı Odintsovo rayonunun Sivkovo kəndində kiçik evi və 43 metrlik hamamı var. Qiyməti isə 16 milyon rubldur (təxminən 313 min manat).