Olay
Olay

Eminə 200 milyon dollarlıq zərər dəyib

Eminə 200 milyon dollarlıq zərər dəyib

“Crocus City Hall”da baş verən terror aktı nəticəsində “Crocus Group” şirkətinə dəyən zərər təxminən 150-200 milyon dollar təşkil edir.

OLAY yazır ki, bunu “RİA Novosti”yə açıqlamasında “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov deyib. 

Ağalarovun sözlərinə görə, terror aktı ilk növbədə, hadisə zamanı xəsarət alan və yaxınlarını itirən şəxslər üçün böyük faciədir:

 “Biznes nöqteyi-nəzərindən isə bu, “Crocus Group”a dağıdıcı təsir göstərdi. Bütün obyektlərin işində problem yarandı və terror aktından sonra ziyarətçilərin sayında azalma müşahidə edildi”.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Hücum edən şəxslər binada olan şəxslərə atəş açıb, konsert zalını isə yandırıblar. Terror aktı zamanı 145 nəfər həlak olub.