WOW
WOW

“Həyat yoldaşım gözümün qabağında şam kimi əriyirdi”

“Həyat yoldaşım gözümün qabağında şam kimi əriyirdi”

“Heç nə ütülü qalmır. Hər şeyə zəhmət, enerji, zaman, diqqət verməlisən. Ütüləməlisən ki, ütülü olsun. Səliqə ilə yığmalısan ki, səliqəli olsun. Heç nə elə belədən olmur. Görünməyən tərəflər o qədərdir ki… Hər bir ailədə söz-söhbət olur. Nə xoş ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü qalsam, ürəyim partlayar. Qadın həyat yoldaşından küsürsə, dünyadan küsür. Kimdən küsürsən dünya vecinə olmaz. Ona görə də mən küsülü qala bilmirəm, özümə ziyan edirəm. Barışan tərəf hər zaman mən oluram”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “Həftənin qonağı" verilişində deyib. 

Sənətçi həyat yoldaşı Ziyanın xəstəliyindən söz açıb:

“Bir dəfə həmin həyəcanı, stresi yaşamışam. Yoldaşım xəstə olanda itki, ayrılıq qorxusu yaşadım. Allah heç kimi o xəstəliklə sınağa çəkməsin. Böyük problem var idi. Gözəl həkimlərin sayəsində onu həyata qaytardım: burada maddiyat və mənəvi dəstək var idi. Üstünə getdim ki, yaşamalısan. Mən bu uşaqlara tək baxa, başsız qala bilmərəm. Gözümün qabağında əriyirdi. Deyirdim, sevdiyim insan necə gözümün qabağında şam kimi əriyər. O qədər qorxu keçirtdim ki, o, əməliyyat otağından çıxardıldı, evə buraxılanda məni əməliyyat edib onun otağına saldılar”.

Qeyd edək ki, Gülyanaq və Ziya cütlüyünün 4 övladı var.