Musiqimizdə azsaylı canlı ifası ilə seçilən sənətkarlardan biri olan Xalq artisti Brilliant Dadaşova 8 mart Bakı Konqres Mərkəzində solo konsertlə çıxış edəcək.
OLAY yazır ki, yalnız hitlərdən ibarət “Best of Brilliant” adlı konsertinə biletlərin 50-500 azn arası olması sənətçinin narazılığına səbəb olub.
O, konsertinə biletlərinin baha qoyulduğunu bildirib.
“Biletlər baha qoyulub, amma şükürlər olsun ki, alınır” , - deyə, Dadaşova bildirib.