WOW
WOW

“Onlar mənim yenidən kökəlməyimi istəyirlər” - Xatun

“Onlar mənim yenidən kökəlməyimi istəyirlər” - Xatun

“Həyacandan yemək yemək yadıma düşmür. Səhərlər tezdən saat 07:00-da yuxudan oyanıram. Bir saat gəzirəm. Özü də ki, sürətlə yeyirəm. Arada görürəm ki, təngənəfəs oluram, sürətimi azaldıram”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Son zamanlar arıqlayaraq, “iynənin ucuna sap” olan sənətçi bildirib ki, bəzi həmkarları onun yenidən kökəlməsini istəyir:

“Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Etdirmişəmsə əcəb eləmişəm. Əslində mən mədəkiçiltmə əməliyyatı etdirməyi istəyirdim. Bu əməliyyatı isə müəyyən çəkilin insanlara edirlər. Mən axı 100 kiloqram çəkidə olmamışam. Mən başqa bir əməliyyat etdirdim. Ondan sonra başqa çarəm yox idi, arıqlamalı idim. İstəyirsən mədəni kiçilt və ya mədənə balon qoy arıqlamaq üçün 21 gün ac qalmalısan. Mədəkiçiltmədə etsən, mədənə balonda qoysan da mütləq şəkildə dietoloqun məsləhətlərinə qulaq asmalısan. Bilmək olmaz birdə gördünüz ki, kökəldim. Amma bəzi insanlar mənim kökəlməyimi istəyirlər”.