Əməkdar artist Sevda Ələkbərzadə özünə yeni ev alıb.
OLAY yazır ki, bu haqda sənətçinin yaxın rəfiqəsi “Afaqla 10lar” verilişinə müsahibə verən aparıcısı Xədicə Sənanqızı məlumat verib.
Xədicənin bu sözlərinə Sevda “Bəli, yeni mənzil almışam. Orada artıq təmir işləri yekunlaşıb. Amma hələki bilmirəm həmin mənzilə köçəcəyəm yoxsa köçməyəcəyəm” cavabını verib.
Qeyd edək ki, bir neçə il əvvəl Prezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbərzadəyə Bakıda mənzil hədiyyə edib.