“Bayağı müğənnilər bəzi saytalara aylıq ödəniş edirlər ki, piar olunsunlar. Onları qınamıram, çünki dolanışıqları oradan çıxır”.
OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, bahalı avtomobil sürmək üçün o da həmkarları kimi bayağı mahnılar oxuyacaq:
“Bu gün görürəm ki, bizim savadlı müğənnilərimizdə artıq bayağı mahnılar oxumağa başlayıblar ki, işləri, toyları bayağı ifaçılar kimi çox olsun. Onlar kimi yaxşı pul qazansınlar. Mənim özümün də repertuarımda bir – iki bayağı mahnılar yer alacaq. Məndə “Range Rover”, “Gelendewagen” markalı avtomobil sürmək istəyirəm (gülür). Niyə də yox?”