WOW
WOW

“Bunu etdiyimə görə peşmanam” - Brilliant

“Bunu etdiyimə görə peşmanam” - Brilliant

“Həyatımda “Bunu kaş etməzdim” sözü haqda düşünməmişəm. Çünki həyatımda belə şeylər olmayıb. Mən hər şeyi çox dərindən düşünüb hərəkət edirəm”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi bildirib ki, illər əvvəl bir dəfə həmkarına cavab verdiyi üçün peşman olub:

“Bəli, məni çəkiblər qalmaqala və məndə məcbur olub cavab vermişəm. Onu demişəm ki, “kaş etməzdim”. Çünki cavab verdim və o insanın səviyyəsinə endim. Cəmi bir dəfə onu etmişəm. Ona da peşman olmuşam. Ondan sonra özümə söz vermişəm ki, mənə söz atsalar, haqqımda nələr desələr də öz yerimi bildiyim üçün artıq heç kimə cavab verməyəcəyəm”.

Dadaşova özünə qorduğu qadağalardan da söz açıb: 

“Özümə çox qadağalarım var. Birinci qadağa yeməkdir (gülür). Əslində bu qadağa deyil. Mən öz xasiyyətimə uyğun hərəkət edirəm. Bizim sahə çox dəhşətli və qorxuncdur. Çünki burada hər şeyə bir söz və ya qulp düzəldirlər. Mən öz xasiyyətimə uyğun olaraq yaşayıram və addım atıram. Bizim olduğumuz sahədə hər şey cırmaq-cırmaq, etdiyin hər bir addım göz önündədir. Çox ehtiyyatlı olmaq lazımdır, çünki ətrafında o qədər alaq otları var ki, onlardan özünü qorumalısan. Bununla yanaşı həm də özünü şərdən, böhtandan, iftiradan qorumalısan. Bunun üçün isə sən böyük hövsələyə sahib olmalısan. Öz səviyyəni qoruyub saxlamaq üçün bəzən hətta öz üzərindən də keçməlisən. Çox çətindir”.