“Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialının aktrisası Helin Kandemir ekran işinin yayımının dayandırılması ilə bağlı açıqlama verib.
OLAY yazır ki, Helin bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Çox əziyyət çəkdiyimiz, doya bilmədiyimiz bir layihədir. Hələ mübarizəsi davam edir. Komanda olaraq yığışa bilməmişik, lakin çəkilişə iki günlük ara vermişik”, - deyə, layihənin Sümbülü bildirib.